Baham adalarında miqrant qayığı batıb, 1-i körpə olmaqla, 17 nəfər ölüb
ABŞ-a axın edən haitili mühacirləri daşıyan qayıq Baham adaları sahillərində batıb.
APA CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1-i körpə olmaqla, 17 haitili mühacir həyatını itirib.
Səlahiyyətlilər 25 nəfərin isə xilas edildiyini bildirib.
İçərisində 60 nəfərin olduğu qayıq Nyu-Providens adasından 11 kilometr aralıda batıb.
Baham adaları ABŞ-a getmək istəyən haitililər üçün ən çox istifadə edilən tranzit marşrutlarından biri hesab olunur.
Apa.az