Tel-Əviv liderləri arasında fikir ayrılıqları güclənib: Naftali Bennet Lapidini təklifini rədd edib

Tel-Əviv liderləri arasında fikir ayrılıqları güclənib: Naftali Bennet Lapidini təklifini rədd edib

İbrani media mənbələri Tel-Əviv liderləri arasında fikir ayrılığının şiddətlənməsi və sionist rejimin keçmiş baş naziri ilə hazırkı baş naziri arasında münaqişənin davam etməsi barədə məlumat yayıb.

Sionist rejimin keçmiş baş naziri Naftali Bennet Yair Lapidin tərəflər arasında mövcud gərginliyin aradan qaldırılması tələbinə mənfi cavab verib.

Sionist medianın məlumatına görə, Bennet Lapidin bu rejimin xarici işlər naziri vəzifəsini icra etmək və iki tərəf arasında mövcud gərginliyi aradan qaldırmaq təklifini qəbul etməkdən imtina edib.

Keçən ay müxalifətin artan təzyiqindən sonra Bennet parlamenti buraxmaq və baş nazir vəzifəsini tərk etmək qərarına gəlib və Lapidi işğal olunmuş ərazilərdə erkən seçkilərə qədər Tel-Əviv kabinetinin işlərinə rəhbərlik etmək üçün onun canişini təyin edib.

Sionist rejimin keçmiş baş naziri Lapidi xəyanətdə ittiham edir və bəzi məxfi hesabatlar hazırlayıb bu rejimin tənzimləyici qurumlarına göndərməklə onun bəzi güzəştlərə dair tələblərinə qarşı çıxdığını iddia edir.

 “İsrail Hume” qəzeti daha əvvəl yazmışdı ki, Bennet bir illik baş nazir vəzifəsində olduğuna görə sionist rejimin baş nazirlərinə verilən imtiyazlardan, o cümlədən pulsuz avtomobil və sürücüyə sahib olmaq və iki insan resursu olan ofisin xərclərinin ödənməsi hüququna malik olduğuna inanır.

İbrani mediasının məlumatına görə, ABŞ prezidenti Co Baydenin işğal olunmuş Fələstinə son səfəri zamanı sionist rejimin keçmiş baş naziri onu hava limanında Lapid və sionist rejimin prezidenti ilə birlikdə qarşılamasını gözləyirdi və bu, Lapidin müxalifəti ilə qarşılandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − two =