Quraqlıq və aclıqdan 900-dən çox adam öldü
Publika.az xəbər verir ki, bu barədə “Daily Monitor” məlumat yayıb.
Verilən informasiyaya görə, fevral ayından Kaabonqda 259, Napakda 49, Kotidoda 626 nəfərin aclıq və aclıqdan qaynaqlanan xəstəliklərdən öldüyünü yazıb.
Rəsmi olmayan məlumatlara görə, həyatını itirənlərin əksəriyyəti uşaqlar və qocalardır.
Əkinçilik və heyvandarlığın ən aşağı nöqtəyə gəldiyi bölgəyə göndərilən ərzaq yardımı ötən həftə kifayət etməyib.
Yerli rəsmilər hökuməti bölgəyə yardımı artırmağa çağırır.
Publika.az