Patriarx Kirillin bu ölkəyə girişi qadağan edildi
Litva Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillin ölkəyə girişini qadağan edib.
BAKU.WS xəbər verir ki, buna səbəb patriarxın Ukraynanın işğalı ilə bağlı Rusiyanı dəstəkləməsi göstərilib.
Məlumata görə, Patriarx Kirill Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qəsdən inkar etdiyi, Rusiyanın təcavüzkar hərəkətlərinə haqq qazandırdığı və dəstəklədiyi üçün arzuolunmaz şəxslər siyahısına əlavə edilib.
Qeyd edək ki, Patriarx Kirill 2027-ci il iyunun 23-dək Litvaya səfər edə bilməyəcək.
BAKU.WS