Bu qadına görə ABŞ-Çin MÜHARİBƏSİ başlaya bilər

Bu qadına görə ABŞ-Çin MÜHARİBƏSİ başlaya bilər



Publika.az
 xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosunun Tayvana səfər hazırlığı Pekin tərəfindən qəzəblə qarşılanıb.

Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kifey bildirib ki, Pelosi Tayvana səfər edərsə, orduları bunu sakit seyr etməyəcək.

“ABŞ-ın Çinin suverenliyinə qarşı fəaliyyəti qəbuledilməzdir. Pelosi Tayvana səfər edərsə, Vaşinqton “tək Çin” prinsipini, ÇİN-ABŞ diplomatik münasibətlərini, iki ölkənin ordusu arasındakı əlaqələri pozmuş hesab olunacaq və bu, Tayvan boğazında gərginliyi artıracaq. Ordumuz bu prosesləri sakit seyr etməyəcək”, – sözçü bəyan edib.

T.Kifey əlavə edib ki, Çin rəsmiləri ABŞ rəsmiləri ilə xüsusi görüşlərdə Pelosinin ziyarətinə “hərbi qarşılıq” verilə biləcəyini deyiblər.

“Financial Times” nəşri yazır ki, Ağ Evin təhlükəsizlik rəsmiləri risklərə görə Pelosinin səfərinə qarşı çıxırlar. Onların fikrincə, Çinin döyüş təyyarələri Pelosini aparacaq təyyarənin Tayvan hava limanına enməsini əngəlləyə bilərlər.

82 yaşlı Pelosinin aprel ayında Tayvana planlaşdırılan səfəri Covid-19 pandemiyasına görə təxirə salınmışdı. Rəsmi Pekin həmin vaxt da bu səfər planına sərt reaksiya verdi. Əgər səfər gerçəkləşərsə, ABŞ və Çin münasibətlərinin kəskinləşməsi qaçılmaz olacaq. Hətta dünyanın iki supergücü arasında hərbi qarşıdurmanın yaranması da istisna edilmir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − thirteen =