İmam Hüseynin (ə) hərəmi Aşura mərasimi üçün hazırlanıb-Foto

İmam Hüseynin (ə) hərəmi Aşura mərasimi üçün hazırlanıb-Foto

İmam Hüseynin (ə) və Həzrət Əbulfəzl Abbasın (ə) hərəmi Aşura mərasiminin keçirilməsi üçün hazırlıq işlərinin başa çatdığını elan edib.

İmam Hüseynin (ə) müqəddəs hərəminin hesabatına əsasən, Əba Əbdillah Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərinin zəvvarlarının sağlamlığının qorunması üçün ciddi təhlükəsizlik tədbirləri görülüb.

Hər il dünyanın hər yerindən milyonlarla müsəlman Məhərrəm ayının ilk ongünlüyünü qeyd etmək üçün İraqın Kərbəla şəhərinə gedir.

Bu arada, Məhərrəm ayının birinci ongünlüyü başa çatdıqdan dərhal sonra İraqın cənubundakı insanlar Ərbəin ziyarəti üçün Kərbəlaya gedən on milyonlarla zəvvarını qarşılamağa hazırlaşır.

Bu yürüşün marşrutu İraqın ən cənub nöqtəsindən Fars körfəzi ilə başlayır və İraqın müxtəlif şəhər və kəndlərindən insanların, eləcə də dünyanın hər yerindən Əhli-beyt (ə) sevərlərin iştirakı ilə tədricən müqəddəs Kərbəlaya doğru davam edir.

Təbii ki, son illərdə Ərbəin yürüşü zamanı İraqın digər şəhərlərindən Kərbəlaya başqa marşrutlar yaradılıb.

İraqdan və dünyanın müxtəlif ölkələrindən olan minlərlə insan yürüşlərinə İraqın paytaxtı Bağdaddan başlayaraq müqəddəs Kərbəlaya yollanır.

Ərbəin yürüşünün zirvəsi Ərbəinin son həftəsidir ki, dünyadan milyonlarla insan Nəcəf Əşrəf şəhərində Əmirəl-möminin Əlinin (ə) hərəmini ziyarət etdikdən sonra, Kərbəla şəhərinə doğru yürüşə başlayır.

Hər il milyonlarla iranlı da dünyanın digər insanları kimi bu möhtəşəm yürüşdə iştirak etmək üçün İraqa gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =