Xaçmazda yük və minik maşınları toqquşdu-Video

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Armudpadar kəndi ərazisində qeydə alınıb. “BMW” və “Toyota Prado” markalı minik avtomobilləri ilə “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov ölüb. Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Apa.tv