ABŞ-da daşqın nəticəsində 8 nəfər ölüb
ABŞ-ın Kentukki ştatında daşqın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə “NBC” televiziya şirkəti ştatın qubernatoru Endi Beşira istinadən bildirib.
Şirkət qeyd edib ki, Kentukki, Ohayo, Virciniya və Qərbi Virciniya ştatlarında 4 milyona yaxın insan daşqın təhlükəsi altındadır. Hazırda Kentukki ştatında fövqəladə vəziyyət elan edilib.
Trend.az