Tokio Ağ Evin xahişini yerə saldı

Tokio Ağ Evin xahişini yerə saldı

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, Yaponiya Birləşmiş Ştatların Rusiya prezidenti Vladimir Putinin gündoğan ölkəyə “Saxalin-2” neft-qaz layihəsində operator statusu verilməsi barədə qərarından imtina etmək xahişini yerinə yetirməyib.

Bu barədə Yaponiyanın İqtisadiyyat, ticarət və sənaye naziri Koiti Xagiuda yerli NHK telekanalına açıqlamasında deyib:

“Biz Amerika tərəfini başa saldıq ki, bu məsələdə status-kvomuzu qoruyub saxlamaq niyyətindəyik. Düşünürəm ki, onlar bizim mövqeyimizi anlayışla qarşılayıblar”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 5 =