Hindistanda meymunçiçəyindən ilk ölüm faktı qeydə alınıb
Hindistanda meymunçiçəyindən ilk ölüm faktı qeydə alınıb.
Trend-in məlumatına görə, ölkənin cənubundakı Kerala ştatında yaşayan şəxs virusun qurbanı olub.
Qeyd olunur ki, o bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərindən qayıdıb. Həkimlər həmin şəxsin təmasda olduğu 20 nəfəri karantinə alıb.
Bu günədək Hindistanda 5 nəfərin meymunçiçəyinə yoluxduğu bildirilir.
Trend.az