ABŞ Səudiyyə Ərəbistanına “Patriot” raketlərinin satışını təsdiqləyib

ABŞ Səudiyyə Ərəbistanına “Patriot” raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumilikdə 3 milyard dollar dəyərində “Patriot” raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə Ər-Riyad Vaşinqtondan bu tipli 300 raket istəyib.

“Dövlət Departamenti Səudiyyə Ərəbistanı hökumətinə təxminən 3 milyard dollardan çox “PATRIOT MIM-104E” qabaqcıl taktiki ballistik raketlərin satışını təsdiqləyən qərar verib”, – deyə məlumatda deyilir.

Bu barədə Konqresə bildiriş göndərilib. Eyni zamanda hərbçilər bildiriblər ki, Səudiyyə Ərəbistanına raket satışı ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 7 =