İraqın Süleymaniyyə şəhərində 5 İŞİD ünsürü müəyyən edilərək həbs edilib

İraqın Süleymaniyyə şəhərində 5 İŞİD ünsürü müəyyən edilərək həbs edilib

İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü Süleymaniyyə vilayətində 5 təkfirçi İŞİD terrorçusunun həbs edildiyini açıqlayıb.

İraq Silahlı Qüvvələri Baş Komandanının sözçüsü briqada generalı Yəhya Rəsul verdiyi açıqlamada İraq Müdafiə Nazirliyinin Kəşfiyyat və Təhlükəsizlik İdarəsinə bağlı Süleymaniyyə Təhlükəsizlik Kəşfiyyat Bölməsinin Süleymaniyyə vilayətində terrorçu ünsürlərin 5 nəfərinin müəyyən edilərək həbs edildiyini açıqlayıb.

Bu açıqlamada bu terrorçuların Terrorla Mübarizə Qanununun 4-cü maddəsi ilə bağlı ittihamlarla tutularaq Neynəva İstintaq Məhkəməsinə təhvil verildiyi bildirilir.

Bundan əvvəl İraqın təhlükəsizlik informasiya bölməsi Neynəva vilayətinin qərbindəki dağlıq ərazilərdə mövqelərinin havadan bombardmanları nəticəsində səkkiz İŞİD terrorçusunun öldürüldüyünü açıqlamışdı.

İraqın təhlükəsizlik informasiya bölməsi İraq ordusuna məxsus F-16 qırıcılarının Neynəva vilayətinin qərbindəki Ədayeh dağ silsiləsində İŞİD terrorçularının mövqelərini bombaladığını, nəticədə bu terror qruplaşmasının 8 üzvünün öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri İŞİD-in və onun fərari ünsürlərinin yenidən üzə çıxmasını qarşısını almaq üçün ölkənin hər yerində İŞİD qalıqlarının axtarışını, təmizlənməsini və təqibini davam etdirir. Qalan İŞİD ünsürləri hələ də Bağdad, Salahəddin, Diyala, Kərkük, Neynəva və Əl-Ənbar bölgələrində fəaliyyət göstərir.

İraq qüvvələri hərbi əməliyyatlar keçirməklə və İŞİD-i təqib etməklə terrorçuların özünü nümayiş etdirməsinə imkan vermir, lakin təkfirçilər əlverişsiz şəraitindən istifadə edərək hərəkətə keçirlər.

İraq rəsmiləri bu yaxınlarda ölkə ordusunun İraqın şimalında keçirdiyi əməliyyatda 17 İŞİD yaraqlısının öldürüldüyünü, Həvicə şəhəri və Səlahəddin əyalətində isə daha beşinin həbs edildiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + seventeen =