Bu ölkədə dəmir yolu nəqliyyatı donduruldu

Bu ölkədə dəmir yolu nəqliyyatı donduruldu

Publika.az xəbər verir ki, Nigeriya Dəmir Yolu Şirkətinin direktoru Fidet Oxiria bu barədə məlumat paylaşıb.

Direktor verdiyi açıqlamada silahlı şəxslərin Koqi əyalətindəki Ajaokuta qatar stansiyasında sərnişinlərə hücum etdiklərini bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik problemlərinin artması səbəbindən ölkə üzrə qatar xidmətlərinin müvəqqəti olaraq dayandırılması qərara alınıb.

Qeyd edək ki, bir müddət əvvəl terrorçuların Kaduna bölgəsində qatar stansiyasına bombalı hücumu nəticəsində 8 nəfər həyatını itirmişdi.

Həmin hadisədən sonra paytaxt Abuca ilə Kaduna arasındakı dəmir yolu ilə qatar səfərləri dayandırılıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + three =