SEPAH Ali Baş Komandanı: Bu gün təəssübkeş sionist rəsmilər də bu rejimin süqutunu etiraf edirlər
SEPAH Ali Baş Komandanı general Səlami deyib: Bu gün Barak, Netanyahu və Bennet kimi fanatik sionist rəsmilər də rejimin acizliyini etiraf edir və onun yaxınlaşan süqutundan danışırlar.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargahında iştirak edərkən SEPAH komandanı general Hüseyn Səlami ilə görüşüb və söhbət edib.
Bu görüşdə general Hüseyn Səlami Məhərrəm ayı və şəhidlərin ağası Həzrət Əba Əbdillah Hüseynin (əleyhis-salam) matəm günləri ilə əlaqədar başsağlığı verib və xüsusilə İslam dünyasının mövcud vəziyyətini təsvir edərkən müqavimət bölgəsini xüsusi olaraq vurğulayıb. O, İran xalqı üçün Fələstinin azadlığını bir arzu və amaldan daha üstün və önəmli olduğunu bildirirb.
General Səlami deyib: Məqsədimiz və strategiyamız müqəddəs Qüdsü azad etmək və Fələstinin itirilmiş və işğal olunmuş torpaqlarını ilk sahiblərinə qaytarmaqdır.
O, əlavə edib: İşğal olunmuş Fələstindəki inkişaf yolu və sionistlərin qüdrətinin tənəzzülü geri dönüşü olmayan bir yoldur və ilahi lütflə Qüdsün azadlığı yaxındır.
General Səlami Fələstin müqavimətinin imkanlarının artırılmasına toxunaraq qeyd edib: Bu gün Fələstin müqavimətinin gücü keçmişlə müqayisədə inkişaf edib və potensial və faktiki imkanları ilə böyük müharibələri idarə etmək qabiliyyəti əldə etdiyini göstərir.