Moldovada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Moldovada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Moldovada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

“Respublikada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb. Xəstəlik ABŞ-dan ölkəmizə gələn əcnəbi vətəndaşda təsdiqlənib”, – xəbərdə bildirilir.

Qeyd edilir ki, əcnəbi Kişineudakı Tom Çorbe adına Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına tibbi yardım üçün müraciət edib və orada meymunçiçəyi, qızdırma, dəri səpkiləri əlaməti ilə xəstəxanaya yerləşdirilib.

“O, bu gün (dünən-red) yoxlanılıb və analizlər Milli Səhiyyə Agentliyinin laboratoriyasına göndərilib. Meymunçiçəyi üçün test müsbət çıxıb”, – nazirlikdən bildirilib. Məlum olub ki, o, ABŞ-da xəstəliyə yoluxmuş şəxslə təmasda olub.

Səhiyyə Nazirliyi vətəndaşları xəstəliyin əlamətləri aşkar edildikdə həkimə müraciət etməyə çağırıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − one =