Böyük britaniyalı məşqçi ömürlük idmandan uzaqlaşdırılıb
Böyük Britaniyanın atletika üzrə keçmiş məşqçisi Toni Miniçello ömürlük idmandan uzaqlaşdırılıb.
“Report” “Sky News”a istinadən xəbər verir ki, mütəxəssis çoxsaylı seksual xarakterli davranış, o cümlədən təhqir, emosional təzyiq və idmançıların şəxsi həyatına hörmətsizlikdə təqsirli bilinib.
Qeyd edək ki, Toni Miniçello 2012-ci ildə Londonda keçirilmiş olimpiadada heptatlon (7 növçülük) növündə qızıl medal qazanan Cessika Ennis-Hillin məşqçisi olub.
Report.az