İspaniyada beş mindən çox adamda meymunçiçəyinə yoluxma qeydə alındı

İspaniyada beş mindən çox adamda meymunçiçəyinə yoluxma qeydə alındı

İspaniyada 2022-ci ildə başlanandan bəri meymunçiçəyi virusuna 5162 yoluxma halı qeydə alınıb.

Yoluxma halı ən çox Madrid (1817), Kataloniya (1636) və Əndəlüs (632) muxtar icmalarında qeydə alınıb. Xəstəliyə yoluxanların əksəriyyəti kişilərdir.

Bundan əvvəl ölkədə bu xəstəliyə qarşı peyvəndlənməyə başlanılıb. Risk altında olan insanlar peyvənd edilirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1%-10% arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Mənbə: El Periodico

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 11 =