Trampın malikanəsinə hücuma qarşı Respublikaçıların kəskin reaksiyaları: FTB ləğv edilməlidir!-Foto

Trampın malikanəsinə hücuma qarşı Respublikaçıların kəskin reaksiyaları: FTB ləğv edilməlidir!-Foto

Respublikaçılar agentlərin Amerika Birləşmiş Ştatlarının keçmiş prezidentinin malikanəsinə hücumuna cavab olaraq FTB-nin ləğvini tələb edib və Ədliyyə Nazirliyinə qarşı təhqiqat aparılacağını vəd ediblər.

ABŞ Federal Təhqiqat Təşkilatının (FTB) agentlərinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın dəbdəbəli malikanəsinə basqın etməsi respublikaçıların kəskin reaksiyasına səbəb olub.

Respublikaçı senator Lindsey Graham “Fox News” kanalına müsahibəsində deyib: “Mən də daxil olmaqla, hər bir respublikaçı Baş Prokurordan ABŞ-ın keçmiş prezidentinin və 2024-c ilin prezidentliyə ehtimali namizədinin evinə basqınla bağlı izahat tələb etməlidir.”

Trampa yaxın olan bu senator ABŞ-ın baş prokuroru Merrik Qarlanda deyib:

 “Bu ölkənin [xalqına] niyə bunu etdiyinizi izah etməlisiniz. Niyə çağırış vərəqəsindən istifadə etmədiniz? Bu işə nə ehtiyac var idi və nə axtarırdınız? Bilirəm ki, siz normalda belə bir şey etməzdiniz, amma keçmiş prezidentin istintaqını aparmaq da normal hal deyil.”

Trampın özü “Həqiqət” adlı şəxsi sosial şəbəkəsində bəyan edib: “Biz görünməmiş şəkildə hüquq-mühafizə orqanlarını müxalif siyasi partiyalara qarşı silaha çevirmiş bir xalqıq.”

O, həmçinin deyib: “Belə hücum yalnız üçüncü dünyanın müflis ölkələrində olur. Təəssüf ki, Amerika bu ölkələrdən birinə çevrilib və indiyə qədər heç vaxt görünməmiş dərəcədə korrupsiyaya uğrayıb.”

Keçmiş ABŞ prezidenti əlavə edib: “Bunlar məhkəmə qaydalarını pozmaq və məhkəmə sistemindən silah kimi istifadə etməkdir. Bu, 2024-cü ildə prezidentliyə namizəd olmağıma mane olmaq istəyən və [Konqresin] dövri seçkilərində mühafizəkarların və respublikaçıların qarşısını almaq üçün hər şeyi edəcək olan ifratçı və solçu demokratların hücumudur.”

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı azlıq lideri Kevin Makkarti Twitter səhifəsində yazıb: “Respublikaçılar Nümayəndələr Palatasını geri aldıqda, biz dərhal bu Departamenti (Ədliyyə Nazirliyi) araşdıracağıq, bütün sənədlərə əməl edəcəyik.”

Trampın dövlət katibi Mayk Pompeo və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri də cavab veriblər: “Mən Benqazi komandanlığında (Liviyada) işləyəndə Hillari [Klintonun] məxfi sənədləri olduğunu sübut etmişdik. Amma biz onun evinə hücum etməmişik”.

Texas ştatının Respublikaçıların lideri Matt Rinaldi də kəskin Twitter mesajında yazıb: “FTB-ni ləğv edin. Bayden və Qarland FTB-ni demokratların xeyrinə siyasi alətə çevirib və onların ekstremist gündəliyinə qarşı çıxan hər kəsi hədəfə alıblar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 6 =