Sabahkı Tayvan bugünkü Ukrayna olacaq! – Pekindən ŞOK HƏDƏ
Publika.az xəbər verir ki, bunu Şanxay Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Yan Anlin TASS-a müsahibəsində deyib.
“Müharibə təhlükəsi ilə bağlı mövcud vəziyyət eyni istiqamətdə inkişaf edərsə, Tayvan boğazı ərazisində “könüllü atəş” ehtimalı istisna edilmir. Əgər bu doğrudursa, o zaman sabahkı Tayvan bugünkü Ukraynaya çevrilə bilər”, – Yan Anlin bildirib.
Onun sözlərinə görə, Pekin Tayvanla münasibətlərin sülh yolu ilə inkişafı siyasətini təbliğ edir. İnstitutun direktoru bildirib ki, Tayvan sahillərində vəziyyətin gərginləşməsinin əsas səbəbi “ABŞ-ın Tayvan məsələsi ilə Çini cilovlamaq istəyinə əsaslanan strategiyası və siyasətidir”. Yan Anlin əlavə edib ki, Tayvanda hakim Demokrat Partiyasının kursunu adanın müstəqilliyi və Pekinlə əlaqələrin kəsilməsi istiqamətində digər səbəbdir.
Publika.az