12 yaşlı uşaq dənizdə 2 nəfəri xilas etdi

12 yaşlı uşaq dənizdə 2 nəfəri xilas etdi

Fransada ata və oğul 12 yaşlı uşaq tərəfindən boğulmaqdan xilas edilib.

Lent.az xəbər verir ki, Fransanın Biarritz şəhərindəki turizm zomnasında 12 yaşlı uşaq axının apardığı ata və onun 5 yaşlı oğlunu boğulmaqdan xilas edib. Julyen Rumat adlı yeniyetmə dənizdə sörflə məşğul olarkən ata və oğulun suda boğulduğunu görüb. Təlim mərkəzində xilasetmə kursu keçən 12 yaşlı yeniyetmə tərəddüd etmədən cərəyanın ağuşuna aldığı zərərçəkənləri xilas edib.

Hazırda ata və oğulun vəziyyəti yaxşıdır.

Arzularını həyata keçirmək istəyən Julyen gələcəkdə xilasedici olmaq üçün 16 yaşının tamam olmağını gözləyir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 8 =