Çexiya Senatı NATO-nun şərq cinahına 1,2 min hərbçinin göndərilməsini təsdiqləyib
Çexiya Senatı Ukraynada baş verən son hadisələr fonunda alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün NATO-nun şərq cinahında yerləşən ölkələrə illik 1 200 hərbçi göndərilməsini təsdiqləyib.
“Report” Çexiya radiosuna istinadən xəbər verir ki, milli ordunun əsgər və zabitləri Baltikyanı ölkələr, Macarıstan, Polşa və Slovakiyada yerləşdiriləcək.
Bundan əlavə, 20 hərbçi Çexiyanın Ukraynadakı diplomatik qurumlarının mühafizəsini təmin edəcək.
Report.az