İnqilab rəhbəri: Siz sübut etdiniz ki, müqavimətin hər bir hissəsi təkbaşına düşmənin burnunu yerə sürtə bilər

İnqilab rəhbəri: Siz sübut etdiniz ki, müqavimətin hər bir hissəsi təkbaşına düşmənin burnunu yerə sürtə bilər

İnqilabın Ali Rəhbəri İslami Cihadın şücaətli müqavimətini bu hərəkatın müqavimətdə mövqeyinin yüksəldilməsi və sionist rejimin hiyləsinin zərərsizləşdirilməsi və burnunu yerə sürtülməsi səbəbi hesab edib. İnqilab rəhbəri həmçinin vurğulayıb: Qəsbkar düşmən zəifləyir, Fələstin müqaviməti isə güclənir.

Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ziyad Ən-Nəxalənin məktubuna cavab olaraq İslami Cihad hərəkatının cəsarətli müqavimətini bu hərəkatın müqavimətdə mövqeyinin yüksəlməsi, sionist rejimin hiyləsinin zərərsizləşdirilməsi və onun burnunu yerə sürtülməsi hesab edərək buyurub: Bütün müqavimət qruplarının birliyinin qorunub saxlanması vacibdir.

İslam İnqilabının Rəhbərinin cavabının mətni belədir:

Allahın adı ilə

Mücahidin qardaşım, cənab Ziyad Əl-Nəxalə, Salam.

Müşdə verən məktubunuzu aldım. Allah sizi gözəl mükafat versin və məğrur və məzlum Fələstin xalqınının yekun qələbəsini yaxınlaşdırsın.

Son hadisə Fələstin İslami Cihad hərəkatının şərəfini ikiqat artırdı və Fələstin xalqının şanlı müqavimət hərəkatında İslami Cihadın mövqeyini yüksəltdi. Siz öz cəsur müqavimətinizlə qəsbkar rejimin məkrli siyasətini zərərsizləşdirdiniz.

Siz sübut etdiniz ki, müqavimət kompleksinin hər bir hissəsi təkbaşına düşməni məhv edə bilər. Siz Qəzzədəki müqaviməti İordaniya və digər müqavimət qüvvələrilnin cihad hərəkatına dəstəyi ilə əlaqələndirərək Fələstin xalqının şər və hiyləgər düşmənə qarşı cihadının bütövlüyünü təmin edə bildiniz.

Bütün Fələstin torpağındakı fələstinli qrupların bütün səyləri bu birliyi qorumaq üçün olmalıdır. Qəsbkarın düşməni zəifləyir, Fələstinin müqaviməti güclənir və Allahdan başqa, heç kəsdə qüvvət və qüdrət yoxdur. Biz sizin yanınızdayıq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh.

Seyid Əli Xamenei

11 avqust 2022-ci il

Ziyad Ən-Nəxalə məktubunda fələstinli mücahidlərin, xüsusilə İslami Cihad hərəkatı və Sərayəl-Qüdsun hərbi qolunun bütün Fələstində, xüsusilə Qəzza və İordan çayının qərb sahilində geniş şəkildə mövcudluğuna işarə edib.

İslami Cihad Hərəkatının baş katibi Qəzzədəki vəziyyəti təsvir edərkən bu bölgənin işğalçı rejimə qarşı güclü mövqeyinə işarə edib və son üç günlük qarşıdurmalarla bağlı deyib:

Bütün gücü və fitnələri ilə bu birliyi məhv etməyə çalışan düşmənə qarşı millətimizin birliyini vurğulamaq üçün bu qarşıdurmaları “Vəhdatus-sahat” (meydanların vəhdəti) adlandırdıq.

Ziyad Nəxaleə bu müharibədə bütün işğal olunmuş Fələstin ərazisinin İslami Cihad müqaviməti tərəfindən atılan raketlərin hədəfi altında olduğunu vurğulayaraq deyib: Bu döyüş sionist rejimin təxminlərini elə pozdu ki, onlar üç gün ərzində atəşkəs tələb etməyə məcbur oldular və müqavimət şərtləri ilə razılaşdılar.

İslami Cihadın baş katibi düşmənin planının müqavimət qüvvələri arasında təfriqə yaratmaq olduğunu adlandırıb və əlavə edib: Onlar elan ediblər ki, müharibənin məqsədi yalnız İslami Cihaddır, lakin İslami Cihad güclü və cəsarətli mübarizəsi ilə bütün qüvvələri təəccübləndirmiş və Fələstin xalqı və HƏMAS hərəkatının başçılıq etdiyi bütün müqavimət təşkilatları tərəfindən dəstəklənmişdir.

İslami Cihadın baş katibi müqavimətin bu nailiyyətini Fələstin xalqının gələcəkdə daha böyük zəfərləri üçün müqəddimə adlandırıb və Seyid Həsən Nəsrullahın rəhbərliyi altında Hizbullah hərəkatının roluna, eləcə də İranın bütün ölçülərdə dəstək və himayəsinə görə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 10 =