Rusiyanın tərkibindəki respublikalar müstəqil olmalıdır – Mişeldən SENSASİON TƏKLİF – VİDEO
Publika.az xəbər verir ki, bu barədə siyasi şərhçi Keysi Mişel “The Wall Street Journal” qəzetinə yazdığı məqaləsində bildirib.
Məqalə müəllifi Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Afrika mediası üçün məqaləsini xatırladıb və qeyd edib ki, Rusiya Qərb dövlətlərindən fərqli olaraq heç vaxt müstəmləkəçilikdən əl çəkməyib.
Publisistin fikrincə, Rusiya eyni zamanda kamprasiyanı – Qafqazı, Krımı, Arktikanı, Volqadan Sakit Okeana qədər əraziləri müstəmləkələşdirərək Avropa imperiyaları kimi xaricdə deyil, quruda hökmranlıq edib.
Misel köşə yazısında vurğulayır: “Rusiya tam “müstəmləkəsizləşdirilənə” qədər qlobal sabitliyə və təhlükəsizliyə təhdid olaraq qalacaq”.
Publika.az