Sionistlərin Suriyanın Quneytərə şəhərinə hücumu nəticəsində iki mülki vətəndaş yaralanıb

Sionistlərin Suriyanın Quneytərə şəhərinə hücumu nəticəsində iki mülki vətəndaş yaralanıb

Xəbər mənbələri bildiriblər ki, sionist rejim tankı Suriyanın işğal olunmuş Colan bölgəsinin Quneytəra şəhərinin yaxınlığındakı kəndi atəşə tutub və iki nəfər yaralanıb.

Sionist rejimin işğal altındakı Colanda yerləşən tankı Quneytərə şəhərinin kənarındakı “Əl Həmidiyyə” kəndini atəşə tutub.

Əl-Mayadin kanalı tankın atəşi nəticəsində iki mülki vətəndaşın yaralandığını bildirib.

Həmidiyyə kəndi Quneytərənin yeddi kilometrliyində yerləşir, sakinlərinin əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğuldur.

Digər tərəfdən, İsrail ordusu Suriyanın Quneytərə bölgəsindəki Hizbullah hərəkatının müşahidə üçün istifadə etdiyi bazanı hədəf aldığını iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =