İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb

İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb

İspaniyanın Valensiya muxtar dairəsinin Kulyera şəhərində keçirilən elektron musiqi festivalında güclü külək zamanı bir neçə tikili, o cümlədən əsas səhnənin bir hissəsinin uçub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd edilib ki, nəticədə 1 nəfər ölüb, 40 nəfər yaralanıb.

Qəzadan sonar festival dayandırılıb. Təşkilatçılar təhlükəsizlik məqsədilə tədbirin keçirildiyi ərazinin boşaldıldığını bildiriblər.

Festivalda 320 minə yaxın insan iştirak etməli idi.

Yerli Xilasetmə Xidmətinin tviterdəki açıqlamasına görə, hadisə zamanı küləyin sürəti 65 km/saata çatırdı.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + six =