Daha 2 yük gəmisi Ukraynadan İskəndəruna istiqamət aldı

Daha 2 yük gəmisi Ukraynadan İskəndəruna istiqamət aldı

Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, daha iki yük gəmisi Ukraynanın Çernomorsk limanından İskəndəruna doğru hərəkətə başlayıb.

Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün Barbados bayrağı altında üzən və 12 min ton qarğıdalı yüklənmiş “Fulmar S” quru yük gəmisi Çernomorsk limanından yola düşüb. Gəmi Türkiyənin İskəndərun şəhərinə istiqamətlənib.

Bir qədər əvvəl isə Marşal Adalarının bayrağı altında üzən “Thoe” gəmisi də həmin limandan yola salınıb. Onun göyərtəsində 2,9 min ton günəbaxan toxumu var.

Nazirliyin məlumatında o da qeyd olunur ki, gün ərzində daha bir gəmi Ukraynanın limanlarından birinə yan alacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + thirteen =