İrəvandakı partlayışda 6 nəfər ölüb, 61 nəfər yaralanıb-VİDEO

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat verib.
***08:10
Ermənistanın paytaxtı İrəvanda yerləşən “Surmalu” topdansatış ticarət mərkəzində partlayış baş verib.
BAKU.WS xəbər verir ki, partlayış zamanı 5 nəfər ölüb, 61 nəfər yaralanıb.
Ermənistanın Fövqəladə Hallar Nazirliyi açıqlayıb ki, partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.
Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir.
BAKU.WS