“Köhlən atlar” Çexiyaya avqustun 22-də gedəcək

“Köhlən atlar” Çexiyaya avqustun 22-də gedəcək

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” avqustun 22-də Plzen şəhərinə yollanacaq.

Komandamızı Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-ü Bakı vaxtı ilə 23:00-da baş tutacaq. İlk matç 0:0 hesabı ilə yekunlaşıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =