Tel-Əvivin iddiasının yalan olduğu bir daha sübut olundu

Tel-Əvivin iddiasının yalan olduğu bir daha sübut olundu

Əl-Cəzirə telekanalı bu kanalın müxbiri Şirin Əbu Aqilənin sionist qüvvələr tərəfindən qətlə yetirilməsinin 100-cü günü ilə bağlı verdiyi açıqlamada bu mövzuda Tel-Əvivin iddialarının yalan olduğunu vurğulayıb.

Bu bəyanatda deyilir: Əbu Aqilənin qətlindən 100 gün keçdi və sionist rejimin iddialarının batil olması daha aydın oldu və məlum oldu ki, bütün bu iddialar cəzadan xilas olmaq üçün irəli sürülüb.

Əl-Cəzirə əlavə edib: Müstəqil araşdırma Şirin Əbu Aqilənin sionist qüvvələrin qəsdən hədəfə alındığını təsdiqləyib.

Sözügedən bəyanatda vurğulanır: Biz hələ də Əbu Aqilənin işini Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyə çalışırıq.

Eyni zamanda, “Axios” xəbər saytı adlarını açıqlamayan üç məlumatlı sionist və amerikalı mənbəyə istinadən yazıb:

Birləşmiş Ştatlar “İsrail”dən Tel-Əviv rejiminin İordan çayının qərb sahilindəki hərbçilərinin “məşğulluq kitabçası”na yenidən baxmasını istəyib.

Bu xəbər saytının məlumatına görə, Əl-Cəzirə kanalının fələstinli amerikalı müxbiri Şirin Əbu Aqilənin şəhadətinə verilən reaksiyalardan sonra Bayden administrasiyasının sionist ordusundan İordan çayının qərb sahilindəki qarşılıqlı əlaqə və davranışlarını nəzərdən keçirməsi tələbi gündəmə gətirilib.

Axios davam etdi: Təlimatlara yenidən baxılması üçün ABŞ-ın Tel-Əvivə təzyiqi qeyri-adidir. Lakin bu, Bayden hökumətinin Əbu Aqilənin qətlində cavabdehliyi təmin etmək üçün təzyiq altında olduğu bir vəziyyətdə baş verir.

Bir müddət əvvəl Şirin Əbu Aqilənin qətlinə reaksiya vermək üçün təzyiqləri gücləndirdikdən sonra ABŞ Dövlət Departamenti nəhayət ki, İordan çayının qərb sahilində sionist rejim tərəfindən güllələnərək öldürülən bu Əl-Cəzirə müxbirinin şəhadəti ilə bağlı iddia edilən araşdırmanın nəticələrini dərc edib.

ABŞ Dövlət Departamenti bu hesabatda iddia etdi:

Məhkəmə-tibbi ekspertizadan sonra müstəqil və üçüncü tərəf analitiklər amerikalı-fələstinli jurnalist Şirin Əbu Aqiləni öldürən güllənin mənşəyi ilə bağlı qəti nəticəyə gələ bilməyiblər. Mərmi mütəxəssisləri belə nəticəyə gəliblər ki, güllə ciddi zədələnib və onun əsasında dəqiq nəticəyə gəlmək mümkün deyil!

Qeyd edək ki, “Əl-Cəzirə” telekanalının fələstinli müxbiri Şirin Əbu Aqilə ötən may ayının 11-də Cənin düşərgəsində sionist rejimin işğalçı qüvvələri tərəfindən şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =