3 fələstinli məhbus aclıq aksiyasını davam etdirir

3 fələstinli məhbus aclıq aksiyasını davam etdirir

İşğal rejiminin həbsxanalarında olan 3 fələstinli məhbus aclıq aksiyasını davam etdirir və azadlıq tələb edir.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, məşhur fələstinli məhbus Xəlil Əvavədə inzibati həbsə etiraz olaraq 160 gün əvvəl aclıq aksiyasına başlayıb və hələ də tətil edir.

Qeyd edək ki, 40 yaşlı Əvavədə aclıq aksiyasına 2 iyul 2022-ci ildə başlayıb. Amma bir müddət əvvəl 111 günlük aksiyadan sonra azadlıq vədini aldığı üçün bir həftə aclıq aksiyasını dayandırdı, lakin sionist rejim vədinə xilaf çıxdı və ona daha 4 ay inzibati həbs cəzası verdi.

Əvavədə 27 dekabr 2021-ci ildə həbs edilib və sionist rejim tərəfindən 6 aylıq inzibati həbs cəzasına məhkum edilib. Daha sonra onun cəzası daha 4 ay uzadılıb.

Əl-Əsir klubu bəyanat yayaraq Əvavədənin ölüm təhlükəsi ilə üz-üzə qaldığını və vəziyyətinin gündən-günə pisləşdiyini açıqlayıb.

Beytə-Ləhmin Əl-Xızır qəsəbəsindən olan Əhməd və Ədal Hüseyn Musa adlı iki qardaş inzibati həbsə etiraz olaraq 12 gün əvvəl həbs olunduqları gün aclıq aksiyasına başlayıblar.

Bu iki qardaş Ofer həbsxanasındadır. Sionist rejim Əhmədi 4 ay, Ədalı isə 3 ay inzibati həbs cəzasına məhkum edib.

Əl-Əsir klubu qeyd edib ki, keçmiş məhbus 44 yaşlı Əhməd 2019-cu ildə 29 ay aclıq aksiyası keçirib. Onun aksiyası nəhayət azadlığa buraxılması ilə başa çatıb.

O, xəstədir və ciddi ürək problemlərindən əziyyət çəkir və son illər ərzində bir neçə əməliyyat keçirib. Ailəlidir, 7 övladı var.

34 yaşlı Ədal 7 ilə yaxın sionist rejimin həbsxanasında yatıb. O da evlidir və iki övladı var.

7 gündən sonra Şeyx Yusif Əl-Baz azadlıq vədini aldıqdan sonra aclıq aksiyasına son qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =