BMT Baş katibi Türkiyədə səfərdədir

BMT Baş katibi Türkiyədə səfərdədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Türkiyəyə səfər edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, BMT baş katibi İstanbulun Zeytinburnu Zeyport Limanına gəlib.

Quterreş səfər çərçivəsində taxıl koridoru ilə hərəkət edən bir gəminin yoxlanmasında iştirak edəcək və sonra Milli Müdafiə Universitetindəki Birgə Koordinasiya Mərkəzini ziyarət edəcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =