Ermənistan və Gürcüstan sərhədində “Dostluq körpüsü”nün açılışı

Ermənistan və Gürcüstan sərhədində “Dostluq körpüsü”nün açılışı

Ermənistanla Gürcüstanı birləşdirən “Dostluq körpüsü” adlı körpünün rəsmi açılışı olub.

Ermənistanın baş naziri Nikol Paşinyan və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin iştirakı ilə iki ölkənin ümumi sərhədində yeni qurulan körpünün rəsmi açılışı olub və oradan hərəkət başlayıb.

 “Debad” çayı üzərində tikilən bu körpünün tikintisi bir il 48 gün davam edib. Uzunluğu 160 metr, eni 8 metr 30 santimetr olan körpünün yük və sərnişin avtomobillərinin hərəkəti üçün 4 hərəkət zolağı var.

Bu körpünün və yeni obyektlərin istifadəyə verilməsi ilə iki ölkə arasında yol hərəkətinin həcmi 4 dəfəyə qədər arta bilər.

Bu mərasim çərçivəsində iki ölkənin baş nazirləri görüşüb və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 7 =