Hizbullahın baş katibinin müqavimətin vəhdətinə təkidi

Hizbullahın baş katibinin müqavimətin vəhdətinə təkidi

Mütəxəssislər hesab edirlər ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah son çıxışında Canta məntəqəsinın xatirəsinə işarə edərək Livan və Fələstində müqavimətin birliyinə təkid edib.

Livanlı diplomatlar deyirlər ki, Canta bölgəsi sionist rejimin hücumu zamanı çoxlu dağıntılarla üzləşib, lakin o, İsrail düşməninə müqavimət göstərə bilib və sonradan müqavimət əməliyyatı bu yerdən cənuba və Livanın bütün ərazilərinə yayılıb.

Onlar bildiriblər ki, Seyid Həsən Nəsrullah çıxışında müqavimətin vəhdəti və mübarizənin ümumiliyini vurğulamaq üçün Livan və Fələstin şəhidlərinin adını çəkib.

Livanlı diplomatlar bildiriblər ki, Hizbullahın baş katibi İranın nüvə məsələsini Livanın qaz hasilatı və Livanın sərvətləri ilə əlaqələndirməkdən imtina edib və bu iki işi heç vaxt əlaqələndirməyib, əksinə çıxışında iki işi əlaqələndirənlərə cavab verib.

Beynəlxalq münasibətlərlə bağlı ekspertləri hesab edirlər ki, Seyid Həsən Nəsrullah müqavimətdən Fələstin, Livan, Suriya, Yəmən və digərləri arasındakı ortaq mədəniyyət kimi danışıb.

Onlar Livan Hizbullahının baş katibinin Canta ilə bağlı xatirələrə istinad etməsinin gələcək nəsillər üçün müqavimətin mədəni irsinə təkid olduğunu bildirib. Həmçinin, Əbu-Dabidə israilli rəqibi ilə yarışdan imtina etdiyinə görə Livan idmançısı Şarbel Əbu Zaherə təşəkkür edib və bunu normallaşmaya bir zərbə sayıb.

Xüsusən də, bu livanlı idmançı xristian olduğundan Seyid Həsən Nəsrullah bildirib ki, onun hərəkəti normallaşmaya qarşı müqavimətin din və qəbilə ilə heç bir əlaqəsi olmadığını və genişləndiyini göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − seven =