Qvineyada yeni Baş nazir təyin edilib

Qvineyada yeni Baş nazir təyin edilib

Qvineyada ticarət və sənaye naziri postunu tutmuş Bernard Qumu keçid hökumətinin başçısı təyin edilib.

“Report” xəbər verir ki, bu barədə “Guineenews” xəbər portalı məlumat yayıb.

Məlumata görə, bununla bağlı Qvineyanın keçid dövrü Prezidenti polkovnik Mamadi Dumbua bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, iyulun 17-dən hökumət başçısı Məhəmməd Beavoqanın xəstəliyi səbəbindən Bernard Qumu Baş nazir vəzifəsini icra edirdi. Beavoqa Romada tibbi müayinədən keçir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 2 =