Biləsuvarda baş verən yanğın söndürülüb

Biləsuvar rayonu yaxınlığında Mahmudçala Ovçuluq Təsərrüfatına aid ərazidə 1,5 ha sahədə kol-kos və qamışlıq yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
BAKU.WS