Azərbaycanda DƏHŞƏT: qayınata gəlinini öldürdü

Azərbaycanda DƏHŞƏT: qayınata gəlinini öldürdü

Daşkəsəndə qətl hadisəsi olub.

Rayon Prokrorluğundan Lent.az-a verilən xəbərə görə, avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 29 yaşlı Nəzakət Həsənovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası 58 yaşlı Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + six =