Sionist əsgərlər 9 fələstinlini həbs ediblər

Sionist əsgərlər 9 fələstinlini həbs ediblər

Sionist rejimin çərşənbə axşamı İordan çayının qərb sahilinə vəhşicəsinə hücumundan sonra 9 fələstinli heç bir ittiham irəli sürülmədən həbs edilib.

Vəfa xəbər agentliyinin verdiyi məlumata görə, sionist hərbçilərin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı düşmənçilik hərəkətləri silsiləsi davam edir. Sionist əsgərlər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər.

Bu xəbərə əsasən, sionist qüvvələrin İordan çayının qərb sahilinə kütləvi hücumundan sonra onlarla Fələstin vətəndaşları arasında şiddətli qarşıdurma yaranıb. Şahidlər 9 fələstinlinin sionistlər tərəfindən həbs edildiyini bildiriblər.

HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə belə deyib:

Daxili və xarici hadisələr gələcəyə strateji baxışın yaradılmasını tələb edir. Göründüyü kimi, bu günlərdə İordan çayının qərb sahilində intifazə və müqavimət ruhu hakimdir.

O, əlavə edib: İordan çayının qərb sahili həmişə fələstinlilərin işğalçılara qarşı əsas döyüş meydanı olaraq qalacaq, çünki Qüds onun bir hissəsidir və sionist rejimin irqçi siyasətləri, o cümlədən, qəsəbələrin salınması və sədd divarının çəkilməsi bu bölgədə baş verir və hələ də davam edir.

İordan çayının qərb sahili müqavimətdən Fələstin azad edilənə qədər əl çəkməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + fourteen =