Çində 400 milyondan çox insan susuz qala bilər

Çində 400 milyondan çox insan susuz qala bilər

Çində son 60 ilin isti hava şəraiti və quruyan Yantszı çayı Çin hakimiyyətini elektrik enerjisinin yenidən paylanması üçün həddindən artıq tədbirlər görməyə məcbur edib.

Bu barədə “Report” “BBC” nəşrinə istinadən məlumat yayıb.

Şanxayın adətən gecələr parlaq işıqlandırılan məşhur sahilyanı Vaytan bölgəsi elektrik enerjisinə qənaət etmək üçün növbəti iki gün ərzində söndürüləcək. Tarixi və futuristik binaların qarışığı ilə tanınan sahilyanı ərazi turistlər arasında məşhurdur.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan ölkə isti hava şəraiti fonunda ciddi quraqlıqla üzləşib. Yantszı çayında suyun səviyyəsi ən aşağı həddədir. Yantszı 400 milyondan çox çinlini içməli su ilə təmin edən dünyanın üçüncü ən böyük çayıdır və təkcə Çin iqtisadiyyatı üçün deyil, həm də qlobal təchizat zənciri üçün ən vacib su yoludur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =