ABŞ-ın 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alınıb
Amerika Birləşmiş Ştatlarının 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alınıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd olunub ki, Vayominq ştatının Larami dairəsinin sakinində də meymunçiçəyi aşkarlanıb. Bununla da virusun aşkarlandığı ştatların sayı 50-yə çatıb.
Xatırladaq ki, ABŞ-da 15 433 meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.
Yoluxma sayına görə liderlər Nyu-York və Kaliforniya ştatlarıdır – müvafiq olaraq 2910 və 2663. Eyni zamanda, 10 ştatda yoluxma hallarının sayı 10-u keçmir.
Report.az