Avstraliyada yanğınla 12 milyon hektardan çox meşə sahəsini məhv edib
2019-2020-ci illərdə Avstraliyada baş verən yanğınlar 12 milyon hektardan çox meşə sahəsini məhv edib və 3 milyarda yaxın heyvanın ölümünə səbəb olub.
“Report” TASS-a istinadən xəbər verir ki, britaniyalı alimlərin bu barədə araşdırması “Scientific Reports” jurnalında dərc olunub.
Araşdırmaya görə, meşə və çöl yanğınları son 30 ildə stratosferin ən güclü istiləşməsinə səbəb olub.
2019-cu il oktyabrın ortalarında Avstraliyanın şərq sahillərində irimiqyaslı meşə yanğınları başlayıb. Yanğın qitənin cənub-şərqində geniş əraziləri, eləcə də ölkənin cənubunda bir sıra əraziləri əhatə edib. Vəziyyət yalnız 2020-ci ilin fevral ayının birinci ongünlüyündə baş verən güclü yağışlardan sonra yaxşılaşıb. Bu hadisə ekoloji fəlakət kimi tanınıb.
Report.az