Alman nazir: “Bizi qarşıda çətin günlər gözləyir”

Alman nazir: “Bizi qarşıda çətin günlər gözləyir”

Publika.az xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib.

“Welt am Sonntag”a verdiyi müsahibədə o qeyd edib ki, insanlar təmiz havada daha az vaxt keçirməyə başlayan kimi xəstələnmə nisbəti artacaq.

“Sonra kompaniyalar və xəstəxanalar kimi kritik infrastrukturlar kadrlarla bağlı çətinliklərlə üzləşəcək. Biz qarşıda çətin günlər gözləyir”, – deyə nazir bildirib.

O qeyd edib ki, hazırda ölkədə hər gün 100-dən 150-dək xəstə koronavirusdan ölür.

“Narahatlığım odur ki, bu rəqəm arta bilər”, – deyə nazir bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + six =