Mərakeş Tunisdəki səfirini geri çağırıb
Mərakeş hökuməti Tunisdəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq və Tunisdə Afrikanın İnkişafı üzrə Tokio Beynəlxalq Konfransında iştirak etməmək qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə Mərakeş Xarici İşlər Nazirliyi bildirib.
“Mərakeş avqustun 27-28-də Tunisdə keçiriləcək Afrikanın inkişafı üzrə 8-ci Tokio Beynəlxalq Konfransında iştirak etməmək və məsləhətləşmələr üçün Tunisdəki səfiri dərhal geri çağırmaq qərarına gəlib”, – deyə qeyd olunub.
Al Arabiyanın məlumatına görə, 2 ölkə arasında gərginlik Tunis prezidenti Kais Said separatçı lideri qəbul etdikdən sonra daha ciddi hal alıb. Mərakeş bunu ərazi bütövlüyünə təhdid hesab edir.
Trend.az