İraqın nüfuzlu imamı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb

İraqın nüfuzlu imamı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb

İraqın nüfuzlu şiə imamı Müqtəda əs-Sədr tərəfdarlarının etirazları ilə baş verən zorakılıqlara son qoyulana qədər aclıq aksiyasına başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın liderlərindən biri Həsən əl-Azəri feysbuk sosial şəbəkəsində bildirib.

“O, zorakılıq və silahdan istifadə dayandırılana qədər aclıq aksiyası keçirir”, – Həsən əl-Azərinin bəyanatında deyilir. Əl-Əhari vurğulayıb ki, korrupsioner məmurlarla mübarizə zorakı hərəkətlər üçün bəhanə deyil.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − five =