Almaniya və Fransa Rusiya vətəndaşlarına viza qadağası tətbiq edilməsinə qarşı çıxıb

Almaniya və Fransa Rusiya vətəndaşlarına viza qadağası tətbiq edilməsinə qarşı çıxıb

Fransa və Almaniya Rusiya vətəndaşlarına Aİ ərazisində turizm vizasının verilməsinin dayandırılması barədə təklifi rədd edib.

APA xəbər verir ki, Almaniya və Fransa xarici işlər nazirləri Avropa İttifaqının ruslara turizm vizalarına qadağa qoyması təklifinə qarşı çıxış edərək, bunun qeyri-məhsuldar olacağını bildiriblər.

Aİ-nin Şərqi Avropa və Skandinaviyadan olan üzvləri belə bir qadağanı qəti şəkildə dəstəkləyərək, Aİ-yə səyahətin hüquq deyil, imtiyaz olduğunu və ölkələrinin Ukraynanı işğal etdiyi bir vaxtda rusların Avropa çimərliklərində əylənməsinə icazə verilməsinin qəbuledilməz olduğunu bildirib.

Reuters“in əldə etdiyi Almaniya və Fransanın hələ dərc olunmamış ortaq bəyanatında isə bildirilib ki, bu addım gələcək nəsilləri bir-birindən uzaqlaşdıracaq.

“Biz Rusiya hökumətinin