“Qazprom” Fransanın “Engie” şirkətinə qaz tədarükünü dayandırıb

“Qazprom” Fransanın “Engie” şirkətinə qaz tədarükünü dayandırıb

İyul ayı üçün ödənişləri etmədiyinə görə “Qazprom” Fransanın “Engie” şirkətinə qaz tədarükünü dayandırıb.

Bu barədə “Report” “Qazprom”a istinadən xəbər verir.

Şirkət Rusiya Prezidentinin 31 mart tarixli “Xarici alıcılar tərəfindən Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi qaydası haqqında” Fərmanına istinad edib və bildirib ki, təbii qazın xarici alıcıya verilməsi, əgər alıcı müqavilədə nəzərdə tutulmuş ödəniş müddətində ödənişi tam yerinə yetirməmişdirsə, qadağandır.

Sentyabrın 1-dən verilən yanacağın haqqı tam ödənilənə qədər qazın verilməsi dayandırılacaq. “Engie” artıq bununla bağlı bildiriş alıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 4 =