Şabranda yarım hektar meşə sahəsi yandı

Şabranda yarım hektar meşə sahəsi yandı

Şabran rayonunda ötən gün baş verən yanğın zamanı yarım hektar meşə sahəsi yanıb.

BAKU.WS xəbər verir ki, Şabran RİH başçısının müavini İlkin Ağayev bu barədə bizim.media-ya danışıb.

Onun sözlərinə görə, Çuxurzəmi kəndinin dağlıq meşə massivində baş verən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Amma hazırda ərazidə tüstülənmə ocaqları qalıb.

FHN-in yanğınsöndürmə texnikası və işçi qüvvəsi, meşə təsərrüfatı işçiləri tüstülənən yerlərin söndürülməsi işlərini həyata keçirirlər.

İlkin Ağayev Şabranda qeydə alınan yanğının yenidən baş verməsinə gəlincə isə bildirib ki, burada insan faktorunun olması istisna edilmir. Bununla bağlı araşdırma gedir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + three =