Amerikalıların 40%-dən çoxu vətəndaş müharibəsinin ola biləcəyinə inanır

Amerikalıların 40%-dən çoxu vətəndaş müharibəsinin ola biləcəyinə inanır

Amerikalıların 40%-dən çoxu hesab edir ki, yaxın on ildə bu ölkədə vətəndaş müharibəsi ən azı müəyyən dərəcədə ehtimal olunur.

Guardian qəzetinin internet saytının məlumatına görə, respublikaçı senator Lindsey Graham bazar günü proqnozlaşdırıb ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın məxfi sənədlərinin Ağ Evdən çıxarılmasına görə mühakimə olunarsa, ölkə onun tərəfdarlarının üsyanına şahid olacaq.

Graham bu şərhlərinə görə geniş şəkildə tənqid olundu. Bazar ertəsi baş prokurorun keçmiş müavini Meri Makkord CNN-ə deyib ki, “Birləşmiş Ştatların seçilmiş rəsmisinin hüquq-mühafizə orqanlarını və Ədliyyə Departamentini işlərini yerinə yetirdiklərinə görə təhdid etməsi məsuliyyətsiz və ağılasığmazdır.”

Makkord deyib: “Tramp və Graham bilirlər ki, insanlar onları dinləyir və onlar həqiqətən də mitinq və nümayiş keçirəcəklər.”

O, əlavə edib: 6 yanvar hadisəsi (ABŞ Konqresinin binasına hücum) Donald Tramp və onun müttəfiqlərinin bu taktikalarının nəticəsidir.

Kapitoli binasına hücumdan sonra məişət zorakılığı ilə bağlı narahatlıqlar artıb.

Bununla belə, əksər ekspertlər hesab edir ki, 1861-1865-ci illər Amerika Vətəndaş Müharibəsi kimi tammiqyaslı silahlı münaqişə hələ də mümkün deyil.

Lakin bir çoxları kəskin siyasi parçalanmaların və açıq siyasi zorakılığın artmasından narahatdırlar, xüsusən də Trampın seçki saxtakarlığı iddiasını dəstəkləyən respublikaçılar konqresə, qubernatorluğa və ölkədə əsas vəzifələrə namizədliyi irəli sürüb.

Beynəlxalq Sülh Naminə Karnegi Fondunun vətəndaş münaqişələri üzrə eksperti Rachel Kleinfeld deyib: Demokratiyaya və ABŞ kimi güclü hökumətə malik olan ölkələr vətəndaş müharibəsinə girməyəcək, lakin institutlarımız zəifləsə, hekayə dəyişəcək.

Economist və YoGov sorğusunda iştirakçıların 65 faizi 2021-ci ilin əvvəlindən siyasi zorakılığın artdığını bildirib. Onların 62 faizi yaxın illərdə siyasi zorakılığın artacağını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =