“Astute” tipli nüvə sualtı qayığı Britaniya HDQ-nin xidmətinə verilib

“Astute” tipli nüvə sualtı qayığı Britaniya HDQ-nin xidmətinə verilib

Ən yeni tipli “Astute HMS Anson” beşinci nüvə sualtı qayığı Britaniya Kral Donanması (Hərbi Dəniz Qüvvələri-red) tərəfindən istismara verilib.

“Report”un TASS-a istinadən xəbərinə görə, Böyük Britaniyanın Baş naziri Boris Conson bu münasibətlə İngiltərənin şimal-qərbindəki Barrou-in-Ferness limanında keçirilən mərasimdə iştirak edib.

“Bu gün bəzi insanlar sualtı qayığın müharibə silahı olmasında israr etməyə davam edəcək. Deməliyəm ki, əksinə, o, sülhün təminatıdır. Və bugünkü qeyri-müəyyənlik dünyasında belə təminatlara hər zamankından daha çox ehtiyacımız var”, – Britaniya hökumətinin başçısı deyib.

“HMS Anson” Britaniya müdafiə şirkəti “BAE Systems” tərəfindən inşa edilmiş beşinci “Astute” tipli nüvə sualtı qayıqıdır. Bunlardan birincisi “HMS Astute” 2010-cu ildə istismara verilib. Sonralar Kral Donanmasına 2013-cü ildə “HMS Ambush”, 2016-cı ildə “Artful” və 2020-ci ildə “Audacious” daxil edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + four =