Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb

Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb

Türkiyədə ağır yol qəzası olub.

“Report”un “Haber Global”a istinadən məlumatına görə, hadisə Sivas-Malatya avtomobil yolunda qeydə alınıb.

Belə ki, sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər isə ağır yaralanıb.

Qeyd edilir ki, yaralılar xəstəxanaya çatdırılıb və onlardan biri də orada ölüb. Xəsarət alanlar arasında iki uşaq da var.

Qəza yerinə polis, jandarm, xilasetmə və təcili yardım əməkdaşları cəlb edilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =