Dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib

Dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib

Dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, hazırda xəstəliyə yoluxanların sayı 50 496 nəfərə çatıb.

Ən çox yoluxma halı ABŞ-da aşkarlanıb – 17 994. Bundan başqa, İspaniya, Braziliya, Fransa, Almaniya və Britaniyada da yoluxma halları çoxdur.

“Yoluxma barədə bildirilən halların yarısından çoxunu təşkil edən Amerikada, Kanadada davamlı azalma tendensiyası ürəkaçan olsa da, bir neçə ölkədə infeksiyaların artması müşahidə olunur”, – ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − one =